yumsaq mebel haqqindadir bu sekilQiymət və ölçüsündən asılı olmayaraq mebellər evimizin ayrılmaz bir hissəsini təşkil edir. Evimizdəki mebellər arasında yumşaq mebel xüsusi önəm daşıyır. Həm rahat, həm görünüş cəhətdən gözəl, həm də büdcəmizə uyğun yumşaq mebel tapmaq o qədər də asan deyil.

Almaq istədiyimiz mebel uzun ömürlü olmalı, gözləntilərimizi qarşılamalıdır. Bu səbəbdən yumşaq mebel yəni, divan, kreslo haqqında əvvəlcədən az da olsa, informasiyamız olmalıdır. Görünüşü gözəl olan bir mebel narahat ola bilər və ya qiyməti büdcəmizə uyğun olmaya bilər.

Yumşaq mebellərin istehsalında istifadə olunan materialların növü, birləşmə yerlərinin möhkəm olması, cilasının düzgün olması da mebel haqqında qərar verərkən əhəmiyyət verməli olduğumuz faktorlardandır. Qiymət, rahatlıq, funksionallıq, tutduğu sahə, dözümlülük müddəti, baxım xərcləri də nəzərə alınmalıdır.

Təəssüf ki, lazım olmasına baxmayaraq mebellərin xüsusiyyətlərini özündə əks etdirən təlimatlar çox zaman istehlakçıya verilmir. Bu vəziyyətdə alıcılar əvvəlcə, həmin məhsula aid istifadə təlimatlarını istəməli, kitabçanın verilməməsi vəziyyətində isə mebeli diqqətli bir şəkildə araşdırmalı, satıcıdan onunla əlaqədar bütün məlumatları toplamalıdır.

Bundan əlavə, satın alınması planlaşdırılan yumşaq mebeldəki səth parçasının asan yanmayan, tərlətməyən olması və asan təmizlənmə xüsusiyyətinə sahib olması da vacibdir. Yumşaq mebel evdəki digər əşyalarla da uyğunluq təşkil etməlidir.

 Yumşaq mebel alınarken en çox rast gəlinən problemlərdən biri isə alınan mebelin evin ve ya ofisin ölçülərinə uyğun olub,olmamasıdır. Mebel alınan zaman buna xüsusi diqqət yetirmək lazımdır.