yataq mebeli sehifesi butun Yataq otağı evimizdə dizaynına ən çox diqqət etməli olduğumuz otaqlardan biridir. Çünki günün bütün yorğunluğunu atmaq, sağlam bir yuxu yatmaq üçün yataq otağı və yataq mebeli olduqca önəmli rol oynayır.

Hər kəs yataq otağını öz tərzinə uyğun dizayn etmək istəyir. Lakin nəzərə almaq lazımdır ki, düzgün dizayn edilməmiş yataq otağı və ya düzgün seçilməmiş yataq mebeli yuxu problemlərinə səbəb ola bilər. Məsələn, gece yuxuya getməkdə çətinlik çəkirsinizsə və ya səhərlər özünüzü yorğun hiss edirsinizsə, səbəb yataq mebeliniz ola bilər. Buna görə də, öz tərzinizlə yanaşı, rahatlığınızı təmin edəcək nüanslar da nəzərə alınmalıdır.

Yataq otağınızda daha açıq, xoş və bir-birinə uyğun rənglərə üstünlük vermək lazımdır. Ağ, boz, krem, səma mavisi kimi rənglər yataq otağınızda olduqca xoş abu-hava yaradacaq. Yataq örtüyü, xalça və yataq mebelində isə daha canlı rənglər seçərək daha pozitiv bir aura yaratmaq mümkündür. Digər yandan isə yataq otağının günəş işığı almasına diqqət etmək lazımdır. Bu, günə xoş enerji ilə başlamağınıza kömək edəcək.

Yataq mebelinin ölçüsünü yataq otağınızın ölçüsünə görə seçmək lazımdır. Bu, yataq otağında digər yataq mebellərinə də yer qalması üçün vacibdir. Kiçik yataq otağında güzgülü qarderoblara üstünlük vermək doğru bir seçim olar. Bununla, otaqda əlavə bir güzgü yerləşdirməyinizə ehtiyac qalmaz. Şüşəli qarderoblar isə otaqda daha qarışıq bir görüntü yaratdığından onların daha az tərcih olunması məqsədəuyğundur.

Son illərdə ən çox üstünlük verilən yataq mebellərinə gəldikdə isə bunlar modern, minimal və avanqard üslublarda olan yataq mebelləridir.

Damla Mebel Fabrikinin sizə təklif etdiyi geniş çeşidə malik yataq mebellərinə aşağıdakı linkə klikləyərək baxa bilərsiniz.