usaq mebeli tesvir edirUşaq mebeli alarkən ucuz qiymət sizin üçün cazibədar görünə bilər. Ancaq bu sizin bir müddət sonra təəssüf etməyinizə səbəb ola bilər. Bu gün geniş seçim təklif edən bir çox mağaza fəaliyyət göstərir. Lakin bu, təklif olunan bütün uşaq mebellərinin keyfiyyətli olması demək deyil. Yalnız bir neçə ay işinizə yarayacaq, daha sonra isə dəyərdən düşəcək  uşaq mebelindən uzaq durmaq lazımdır. Uşaq mebeli seçərkən diqqətli olmaq və keyfiyyətli əşyalara pul xərcləmək lazımdır.

Düzgün uşaq mebeli almağınız üçün sizə bir neçə faydalı məsləhətimiz var:

  • Fərqli material növləri üzərində düşünün.

Əgər uşağınızın otağı üçün sağlam və gözəl uşaq mebeli materialı seçmək istəyirsinizsə, fərqli materialları yaxşıca araşdırın. Daha dözümlü, tez cızılmayan, su ilə təmasdan xarab olmayan, kəskin qoxusu olmayan material seçməyə çalışın.

  • Uşağınızın həyat tərzini nəzərə alın.

Övladınızın yaşı və hansı növ fəaliyyətlərlə məşğul olmaları uşaq mebeli üçün alış-veriş etdikdə nəzərə alınmalıdır. Məsələn, idmanla aktiv şəkildə məşğul olan yeniyetmə üçün nəzərdə tutulan üslubu arxa plana atmayacaq daha möhkəm mebellər  tapmağa çalışın. Ləkəyə davamlı, möhkəm və dözümlü materiallardan istehsal olunmuş mebelləri tərcih edin.

  • Rənglər və üslub haqqında realistik olmağa çalışın.

Müasir uşaq mebellərinin əksəriyyəti onların öz funksiyalarını yerinə yetirsə də, bu mebellər haqqında realistik düşünməlisiniz. Məsələn, balaca bir qız övladı üçün çəhrayı rəngli mebel seçə bilərsiniz. Ancaq nəzərə almalısınız ki, bir neçə il sonra bu mebelin dizaynı böyük bir qız üçün uyğun olmayacaq.

Ümid edirik ki, bu bir neçə ipucu uşaqlarınız üçün mebel satın alanda yardımçınız olacaq. Damla Mebelin sizə təklif etdiyi yüksək keyfiyyətli uşaq mebellərinə baxmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://www.damlamebel.az/product-category/usaq-mebeli/