Qonaq Mebeli

qonaq mebeli bu sehifede

Qonaq otağı evimizin ən çox göz önündə olan və ən çox vaxt keçirdiyimiz hissəsi, evimizə gələn qonaqları qarşıladığımız yerdir. Buna görə də, qonaq otağı üçün seçilən qonaq mebeli son dərəcə önəmlidir. Çünki qonaq mebeli həm otağın görünüşünü formalaşdırır, həm də rahatlığımızı təmin edir.

Eviniz üçün qonaq mebeli seçərkən diqqət etməli olduğunuz bəzi nüanslar vardır. Onlardan bəzilərinə diqqət edək:

  • Qonaq mebeli seçməzdən öncə qonaq otağında ölçü işləri aparmaq lazımdır. Bu ölçmələrdən asılı olaraq qonaq otağı üçün ən münasib qonaq mebelini seçmək mümkündür. Ölçü aparılarkən əşyalar arasında qalacaq məsafələr də mütləq şəkildə nəzərə alınmalıdır.
  • Otaq üçün nəzərdə tutduğunuz dizaynı kağız üzərində çəkin. Bu sizin ideyanızı real şəkildə görməyinizə imkan verəcək.
  • Qonaq otağı qapısının ölçüsünü götürmək vacibdir. Çünki alacağınız qonaq mebelinin ölçüsü otağın qapısından keçməyə uyğun olmalıdır.
  • Qonaq otağınızdan necə istifadə edəcəyinizi düşünün. Məsələn, əgər evinizdə azyaşlı uşaqlar varsa, siz daha dözümlü və daha gec çirklənəcək qonaq mebelləri seçməlisiniz.
  • Qonaq otağının arxitekturasına nəzər yetirin. Bu sizin modern, klassik və ya digər dizaynlardan hansının otağınıza daha çox uyğun olacağını göstərəcək.
  • Digər bir məqam isə qonaq mebelinin görünüşünə qərar verməkdir. Mebelin rənglərinin otağın və ümumilikdə evin dizaynına uyğun olmasına, xoş əhval-ruhiyyə yaradan rənglərdə olmasına üstünlük vermək lazımdır.
  • Bəzən insanlar qonaq mebelinin görüntüsünə onun rahatlığından daha çox önəm verirlər. Ancaq mebelin rahatlığı ən az onun görünüşü qədər vacibdir. Rahat bir qonaq mebeli daha yaxşı istirahət etməyinizə və zövqlü vaxt keçirməyinizə imkan verəcək.

Damla Mebel Fabriki sizə istənilən stildə, zövqünüzə uyğun qonaq mebellərini ən sərfəli qiymətə təklif edir. Qonaq mebeli məhsul kataloquna nəzər salmaq üçün müvafiq keçidi klikləyə bilərsiniz.