metbex mebeli en munasib qiymeteMətbəx hər bir evin və ya mənzilin ən vacib hissəsidir. Otaq sayından asılı olmayaraq mətbəx həyatımızda önəmli funksiyaları yerinə yetirir. Mətbəx yalnız yemək hazırlamaq üçün deyil, həm də istirahət etmək və sevdiklərimizlə vaxt keçirmək üçün rahat məkandır.

Mətbəxdə mümkün qədər rahat bir şərait yaratmaq üçün mətbəx mebeli seçiminə xüsusi diqqət yetirmək lazımdır. Mətbəx mebeli rahat, funksional, müasir və zövqünüzə uyğun olarsa, bu mətbəxinizdə rahatlıq yaradacaq.

Mətbəx mebeli, hər şeydən əvvəl, funksional olmalıdır. Yəni, yemək hazırlamaq üçün optimal şəraitə malik olmalı və müasir tələblərə cavab verməlidir. Ümumilikdə, mətbəx mebeli aşağıdakı xüsusiyyətləri özündə birləşdirməlidir:

• Qabları, mətbəx ləvazimatlarını yerləşdirmək üçün kifayət qədər yerə sahib olmalıdır;

• Müxtəlif məişət texnikaları üçün uyğun olmalıdır;

• Yemək hazırlamaq üçün rahat bir iş sahəsinə malik olmalıdır.

• Mətbəx mebeli üçün istifadə olunan materiallar nəmliyə, yüksək temperatura və qaza davamlı olmalıdır;

• Mətbəx mebelinin səthi yuyucu vasitələrlə asanlıqla təmizlənə bilməlidir.

Müasir dövrdə mətbəx mebellərinin aşağıdakı növləri güniş şəkildə istifadə olunur:

Modern mətbəx mebelləri.

Modern mətbəx mebelləri, istənilən ölçüdə olan mətbəxə uyğunlaşdrıla bilir. Modern üslubdakı mətbəxlər, əsasən, daha yığcam olur. Bu növ mebellərin hazırlanması üçün MDF, membran, akrilik panellər istifadə olunur.

Klassik mətbəx mebelləri.

Klassik mətbəx mebelləri böyük ölçülü, geniş mətbəxlər üçün daha çox uyğundur. Bu tip mebellərin hazırlanması üçün, əsasən, boyalı MDF materialdan istifadə olunur.

Künc mətbəx mebelləri.         

Künc mətbəx mebellərini tərcih etməklə siz mətbəxinizdəki məkandan daha əlverişli istifadə etmiş olacaq və bütün əşyalarınızı yerləşdirmək imkanı qazanacaqsınız.

Bizim peşəkar dizaynerlərimiz tərəfindən dizayn edilmiş, yüksək keyfiyyətli materiallardan hazırlanmış mətbəx mebellərimizə baxmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: